Lyrics by Üzeyir Mehdizade

Uzeyir Mehdizade

Oğlum gəlir • 2025

Bu ən gözəl arzudur
Mənim də arzum budur
Fəxr eləyim səninlə
Deyim ki oğlum gəlir

Könlümü şad eyləyib
Atasını yad eyləyib
Qapını açıb hər zaman
Görüm ki oğlum gəlir

Həmişə qeydimə qalsın
Hər zaman yada salsın
Heç nəyi lazım deyil
Bilim ki oğlum gəlir

Həyat onu incitməsin
Təkliyə öyrətməsin
Məndə sinəmə ürəknən
Döyüm ki oğlum gəlir
Görüm ki oğlum gəlir

Bu ən gözəl arzudur
Mənim də arzum budur
Fəxr eləyim səninlə
Deyim ki oğlum gəlir

Könlümü şad eyləyib
Atasını yad eyləyib
Qapını açıb hər zaman
Görüm ki oğlum gəlir

Uğurları bol olsun
Həmişə açıq yol olsun
Kəsim bir qoçu qurban
Edim ki oğlum gəlir

Sevinmişəm biləndə
Sən dünyaya gələndə
Şükr elədim ALLAHA
Dedim ki oğlum gəlir
Görüm ki oğlum gəlir

Bu ən gözəl arzudur
Mənim də arzum budur
Fəxr eləyim səninlə
Deyim ki oğlum gəlir

Könlümü şad eyləyib
Atasını yad eyləyib
Qapını açıb hər zaman
Görüm ki oğlum gəlir